Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şou-biznesdə çox az kişi var'' - VİDEO

''Şou-biznesdə çox az kişi var'' - VİDEO

Tarix: 22 Fevral 2021 17:50

Müğənni Elton Hüseynəliyev şou-bizneslə bağlı qalmaqallı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" proqramında aparıcı Ruslan Ağayevin "Şou-biznes kişilərinin ən mənfi cəhəti" sualına gözlənilməz cavab verib:

"Şou-biznesdə kişi azdı. Birliyimiz yoxdur".

Elton daha sonra sənət adamlarının mənfi xüsusiyyətlərindən danışıb:

"Zamiq Hüseynovla yola çıxmısansa, o, deyən olmalıdır. Kaprizlidir. Deyirsən ki, saxla, yemək yeyim, imkan vermir. Natavan Həbibinin isə mənfi cəhəti odur ki, yeməyi yoxdur.

Kərim Abbasov çox reaksiya verəndir. Təranə Səmədova ilə qalmaqalında o dərəcədə danışmasaydı yaxşı olardı. Səidə Sultana isə məsləhət görərdim ki, qalmaqallara qarışmasın. Onun qəşəng səsi var, sənətlə məşğul olsun".

Milli.Az


Etiketlər:  Şou biznesdə çox kişi VİDEO


RƏYLƏR