Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 13:42
Kirayə mənzil bazarında ciddi dəyişiklik hələ ki müşahidə olunmur. Tədrisin qismən bərpası ilə bağlı qərar qəbul olunsa da bu kirayə mənzil bazarında aktivləşməyə təsir göstərməyib.
Sonxeber.net bildirir ki, bunu REAL TV-yə açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Bildirib ki, bu ilin yay mövsümünə qədər bu sahədə dəyişiklik gözlənilmir.
Söhbət ucuz mənzillərdən gedir. Eyni zamanda, şəhər mərkəzində mənzillər var ki, onlar adətən gündəlik kirayə məqsədilə istifadə olunur. Hazırda həmin evlərə də tələbat olduqca aşağıdır.
O ki qaldı pandemiyanın kirayə mənzil bazarına təsirinə...
Mənzil bazarında likvid əmlaklardan biri məhz torpaq seqmentidir. Torpaq bazarında tələb digər seqmentlərlə müqayisədə yüksəkdir.
Ekspertin sözlərinə görə, pandemiya ilkin mərhələdə torpaq bazarına təsir edib. Lakin hazırda torpaq bazarında nisbi artımlar müşahidə olunur.