Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 20:16
2020-ci ilin nəticəsinə görə, Çində sənaye robotlarının istehsal həcmi illik nisbətdə 19,1% artıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, istehsal həcminin artması bazar tələbatının yaxşılaşmasını və müəssisələrdə intellektual modernləşdirmənin sürətləndiyini göstərir.
Qurumun statistikasına əsasən, ötən il Çində böyük sənaye robotları istehsalçılarının əməliyyat gəliri 2019-cu illə müqayisədə 6% artıb.
Çin əmək qabiliyyətli əhalinin sayının azalması və işçi qüvvəsinin maya dəyərinin artması ilə bağlı problemləri həll etmək üçün texnoloji innovasiyalar yolu ilə böyük zəhmət tələb edən istehsal sektorunu modernləşdirməyə çalışır.