Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 23:09
Qarabağ və ətraf rayonların azad olunması ilə bitən 44 günlük müharibə qazandığmız möhtəəm qələbə regionda fərqli reallıqlar yaratdı.
Sonxeber.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəhayət ki tarixə çevrilib. Azərbaycan Prezidenti, ALi Baş Komandan İlham Əliyevin rəhərlik etdiyi Silahlı Qüvvələrimizin rəşadəti hesabına biz doğma torpaqlarımıza qayıtmışıq. Böyük quruculuq işlərinə start verilib:
"Bizə böyük Zəfəri yaşadan Silahlı Qüvvələrimiz hər birimizin qürur mənbəyidir. Azərbaycan əsgər və zabitlərinin rifahı daim dövlətimizin diqqət mərkəzindədir"
S.Mikayılova qeyd edib ki. son günlər Milli Məclis sədrinin hərbçilərin maaşı ilə bağlı fikir səsləndirməsi haqqında iddilar həqiqəti əks etdirmir. Deputatlar hər zaman hərbçilərimizi qayğılandıran məsələləri gündəmə gətirir və Milli Məclisin spikeri Sahibə Qafarova tərəfindən iclaslarda bu məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradılır. Böyük zəfərimiz müqəddəsdir və onun üzərinə kölgə salmaq yolverilməzdir.