Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 12:28
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" "Arsenal"la II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.
Buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiya paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.
Hazırda "Neftçi"nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır.
***
Son m'lumata görə, göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb. AZAL-a məxsus təyyarənin uçuşu 5,5 saatlıq ləngimədən sonra gerçəkləşib.
Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək (Report).