Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 14:14
"Formula-1" 2020-ci ilin maliyyə hesabatını açıqlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, koronavirus pandemiyasının tüğyan etdiyi il yarışa böyük ziyan vurub.
"Formula-1" il ərzində 386 milyon dollar zərər çəkib. Gəlirlər 44 faiz azalıb.
2019-cu ildə gəlirləri 2 milyard təşkil edən yarış ötən il 1,1 milyardla kifayətlənib. Komandaların mükafat fondu 1 milyarddan 711 milyona enib.
"Formula-1"in ziyana düşməsinin səbəbi koronavirus səbəbindən bəzi mərhələlərin keçirilməməsi və tamaşaçıların yarışa buraxılmamasıdır. Əvəzində teleyayımdan gələn gəlir 2 qat artsa da, ziyanı tam bağlaya bilməyib.