Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi

Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi

Tarix: 27 Fevral 2021 16:12

Prezident İlham Əliyev "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununda aşağıdakı dəyişikliklər edilib:

- 29-cu maddənin altıncı hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.";

- Aşağıdakı məzmunda 31-1-ci maddə əlavə edilsin:

"Maddə 31-1. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri

Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.";

- 36-cı maddənin birinci hissəsinin ikinci cümləsində "kağız daşıyıcısına keçirilərək" sözləri "kağız daşıyıcıya keçirilərək bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla" sözləri ilə əvəz edilsin.

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir


Etiketlər:  Dövlət başçısı Notariat haqqında Qanuna edilən dəyişiklikləri təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ