Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 23:42
Yer fındığı boyu çox da hündürə qalxmayan, birillik kol bitkisinin meyvəsidir. Yer fındığının vətəni Cənubi Amerika hesab edilir. Onun yetişdirilməsi ilə Afrika, Hindistan, Çin və Cənubi Amerika ölkələri məşğul olur. Hər il Amerika ölkələri 450 000 tondan artıq yer fındığı istehsal edir. Araxisdən donuzların yemlənməsi üçün də istifadə edilir. Ondan ən çox qida sənayesində isitifadə olunur. Araxis şokoladların, yağların hazırlanması üçün əla qida vasitəsi hesab edilir. 100 qram araxisin qida dəyəri:
- Zülallar - 26,4 qr
- Yağlar - 45,3 qr
- Karbohidratlar - 9,8 qr
- Su - 8 qr
- Kalori - 500-800 kKal.
Yer fındığı alarkən onun qoxusuna diqqət yetirmək lazımdır. Onu nəmişlik olan yerdə saxladıqda üstündə göbələk mikrobları, kif əmələ gəlir ki, bu da bağırsaq xəstəliklərinə səbəb ola bilir.
Araxisin faydalı xüsusiyyətləri
Araxisin tərkibində A, D, E, B1, B2, PP vitaminləri, biotin, süzülməmiş linolen yağı, fol turşusu, bitki yağları, çoxlu mikroelementlər var. Onun tərkibinin 35%-ni zülallar, 50%-dən çoxunu isə yağlar təşkil edir. Yer fındığı xolesterinlə zəngin qida hesab edilir. Yer fındığının tərkibində olan züllallar amin turşuları ilə zəngindir. Bu amin turşuları orqanizm üçün çox faydalıdır. Yer fındığı qastritlər və mədə-bağırsağın yara xəstəliyi zamanı xəstəliyin əlamətlərini azaldır. Onun az miqdar ödqovucu xüsusiyyətinin olması həzmin normallaşmasına, yaddaşın və diqqətin yaxşılaşmasına səbəb olur. Yer fındığı cinsi həvəsi artırır, əsəb sistemini sakitləşdirir, ürəyin, qaraciyərin və digər daxili orqanların işini sürətləndirir. Tərkibində olan fol turşusu yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.
Amerika alimləri araxisin antioksidant təsirə malik olmasını sübut ediblər. Araşdırmalar onun tərkibində olanların sərbəst radikallara qarşı vuruşa bilmək qabiliyyətinin olmasını təsdiq edir. Qovrulmuş yer fındığının tərkibində 25%-dən çox polifenol birləşmələri var. Bu miqdar təzə yer fındığının tərkibində olanda daha çoxdur. Yer fındığı fiziki gücü və cinsi həvəsi artırır, əsəbi gərginlik zamanı orqanizmi sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, halsızlığın aradan qalxmasına səbəb olur. Onun yağından irinli yaraların və sağalmayan yaraların müalicəsində istifadə edilir.
Yer fındığının zərərli xüsusiyyətləri
Qovrulmamış yer fındığı həzmin ləngiməsinə səbəb ola bilir. Onun tərkibində olan allergenlər allergiya reaksiyalarının əmələ gəlməsinə səbəb ola bilir. Podaqra, artrit və artroz zamanı yer fındığı yemək məsləhət görülmür. Həddindən çox yer fındığı yemək artıq çəkiyə və piylənməyə səbəb ola bilir. Düzgün saxlanılmamış yer fındığının üstündə əmələ gələn göbələk və kif bakteriyaları bağırsaq xəstəliklərinin meydana gəlməsinə səbəb olur.