Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kloppdan Salah açıqlaması

Kloppdan Salah açıqlaması

Tarix: 28 Fevral 2021 12:22

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın komandadakı gələcəyi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, misirli hücumçunun yaxın vaxtlarda Mersiyayd təmsilçisini tərk etməyəcəyini deyib:

"Oyunçularımı tərifləmək biraz qəribədir, baxmayaraq ki, onlar xoşuma gəlir. Salahın vəziyyətində rəqəmlər özləri danışır. Məhəmməd ümumilikdə futbolçu kimi böyüyüb. O, bizim üçün çox vacib bir oyunçudur, uzun müddət "Liverpul"da oynayacaq".

Qeyd edək ki, Salah bu mövsüm 35 oyunda 24 qol və 4 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Kloppdan Salah açıqlaması


RƏYLƏR