Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçdiyimiz çay hansı halda xərçəng yaradır? - Həkim

İçdiyimiz çay hansı halda xərçəng yaradır? - Həkim

Tarix: 28 Fevral 2021 21:39

Tanınmış rusiyalı həkim-endokrinoloq Zuhra Pavlova bildirib ki, çay insan sağlamlığı üçün təhlükə yarada və hətta onkoloji xəstəliklərə səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, həkimin sözlərinə görə, çayın növü deyil, onun temperaturu təhlükəlidir. Qaynar çay qida borusunu zədələyir və bu da qida borusu xərçəngininin inkişafına səbəb ola bilər.

Həkim Qazaxıstanı misal çəkib. Qazaxıstanda bu xəstəlik çox yayılıb və bunun əsas səbəbi kimi məhz qaynar çayın müntəzəm istehlakı göstərilir.

"Qazaxlar ümumiyyətlə düzgün qidalanırlar. Onlar yaxşı zülalı qidaları qəbul edirlər. Əti suda bişirirlər və bu da əti bişirmək üçün ən düzgün üsuldur. Əgər qazaxlar yeməkdən sonra qaynar çay içməsəydilər, onlar yəqin ən sağlam millət olardı" - Pavlova bildirib. /medicina.az


Etiketlər:  İçdiyimiz çay hansı halda xərçəng yaradır Həkim


RƏYLƏR