Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 09:48
ABŞ sahibkarı İlon Mask “Twitter” hesabında 2021-ci ildə “Starlink” peyk internetinin sürətinin iki dəfə artırılacağını bəyan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, peyk internetinin ilk istifadəçilərinin suallarını cavablandıran sahibkarın sözlərinə görə, bu il “Starlink” avadanlığı vasitəsilə məlumat ötürmə sürəti saniyədə 300 meqabitədək artacaq. Həmçinin vurğulanıb ki, siqnalın yubanması ilin sonunadək 20 millisaniyəyədək azalacaq. Bundan əvvəl peyk interneti istifadəçisinin dediyinə görə, pik məlumat ötürmə sürəti saniyədə 130 meqabit təşkil edir.
İstifadəçilərlə söhbət zamanı iş adamı 2021-ci ilin sonunadək bütün Yer kürəsi ərazisinin “Starlink” peyk interneti ilə əhatə olunacağını açıqlayıb.
Həmçinin İ.Mask qeyd edib ki, “Starlink” ilk növbədə əhalisi az və orta sıxlığa malik regionlar üçün nəzərdə tutulub.
Yanvarın 24-də İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti 143 “Starlink” peykini daşıyan raketin uğurlu buraxılışını həyata keçirib. Çəkisi 200 kq təşkil edən peykin buraxılışı şirkətə təxminən 1 milyon dollara başa gəlib. Dünyanın müxtəlif regionlarında internetə çıxış imkanının yaradılması üçün nəzərdə tutulan “Starlink” qlobal internet layihəsinin ilk qrupu 2019-cu ilin mayında buraxılıb.
Nizam Nuriyev