Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 15:24
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.net Publika.az-a istinadən bildirir ki, İlham Cəlilov qonşusu, 2004-cü il təvəllüdlü Fəridə Məmmədovaya (ad soyad şərti verilib - red.) evlənmək məqsədi ilə elçi göndərərək özünə arvad edəcəyi barədə yalan vəd verib. O, Fəridəni aldadaraq 2019-cu il tarixdə Novxanı kəndindəki evə aparıb, evin yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
İlham Cəlilov həmin tarixdə etdiyi hərəkətinin davamı olaraq cinsi ehtirasını təmin etmək niyyəti ilə 2020-ci ildə yenidən Fəridə Məmmədovanı yaşadığı Novxanı kəndindəki evinə aparıb, yataq otağında yenidən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
"Başqası ilə cinsi əlaqədə olduğunu bildirdi"
İstintaq orqanı tərəfindən İlham Cəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham Cəlilov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır: "Əvvəllər məhkum olunmamışam, fərdi əməklə məşğul olmuşam. Fəridə ailəsi ilə Novxanı kəndində kirayə evdə yaşayıb. Fəridə bir neçə dəfə küçədə mənim qarşıma çıxıb. Fəridəyə evlənmək məqsədi ilə elçi göndərmək istədiyimi söylədim. Fəridə isə mənə əvvəl başqası ilə cinsi əlaqədə olduğunu və qızlıq pərdəsinin pozulduğunu bildirdi. Mən isə Fəridənin belə qəbul etdiyimi söylədim. Bundan sonra Fəridəyə görüşmək istədiyimi bildirdim".
"Ağrının keçəcəyini söylədim"
İlham Cəlilovun sözlərinə görə, 2019-cu il tarixdə, saat 22.30 radələrində yolun kənarında Fəridə ilə görüşüb: "Birlikdə mənim yaşadığım evə getdik. Həmin vaxt evdə anam olduğu üçün və bizi görməməsi üçün Fəridəni evin arxa tərəfində olan otağa apardım. Evdə olan zaman saat 23.30 radələrində Fəridə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmağı istədim. Fəridə buna etiraz etmədi. Hər ikimiz əynimizdə olan paltarları çıxartdıq. Otaqda olan divana uzandıqdan sonra Fəridə ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt qız ağrıdan qışqırdı. Mən isə Fəridəyə narahat olmamasını, ağrının keçəcəyini söylədim".
İlham Cəlilov qeyd edib ki, səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə Fəridə ilə cinsi əlaqədə olub: "Həmin günü saat 06 radələrində işə gedəndə Fəridəni də aparacığımı dedim. Evinə ötürəndə Fəridəyə məscidin yanında qalmağını və işdən gələndə evə gətirəcəyimi bildirdim. Lakin işdən gələrkən Fəridəni orada görmədim".
"İki dəfə cinsi əlaqədə oldum"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 2020-ci il tarixdə, saat 14 radələrində Fəridə ilə birlikdə onun yaşadığı evə gəlib: "Fəridə ilə ailə quracağımı bildirərək sonuncunu yaşadığım evə çağırdım. Həmin vaxt evdə anam olduğu üçün bizi görməsin deyə Fəridəni evin arxa tərəfində olan otağa apardım. Saat 22.00 radələrində evdə olan zaman Fəridə ilə qeyri-təbii yol ilə cinsi əlaqədə olmaq istədim. Fəridə də etiraz etmədi. Hər ikimiz əynimizdə olan paltarları çıxartdıq. Otaqda olan divanda Fəridə ilə qeyri təbii yolla cinsi əlaqədə oldum. Bu zaman Fəridə ağrıdan qışqırdı. Ona ağrının keçəcəyini dedim. Fəridə ilə səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə oldum".
İlham Cəlilov bildirib ki, həmin günü, gecə saat 03 radələrində Fəridə ilə evdən çıxıb və sonuncuya valideynlərinin narahat olmamaları üçün evinə getməyini məsləhət görüb. O, ifadəsinin sonunda tutduğu əməldən peşman olduğunu deyib.
"Görüşməyə razılıq verdim"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fəridə Məmmədova bildirib ki, İlham Cəlilovdan əvvəl başqası ilə cinsi əlaqədə olub, bakirəliyi pozulub. Onun sözlərinə görə, 2019-cu ildə İlham ilə rastlaşıb və sonuncu onunla evlənmək niyyətində olduğunu deyib: "İlhama ondan əvvəl başqası ilə cinsi əlaqədə olduğumu və qızlıq pərdəsinin pozulduğunu bildirdim. İlham isə məni belə qəbul etdiyini söylədi. Sonra İlham bir neçə dəfə mənimlə görüşmək istədiyini bildirdi. Lakin hər dəfə buna etiraz etdim. Bundan sonra İlham mənə əgər görüşməsəm, atama və anama kiminləsə əlaqədə olduğumu və qızlıq pərdəmin pozulduğu barədə deyəcəyini bildirdi. Mən də İlhamdan heç kimə bu barədə heç nə deməməyi söylədim. Onunla görüşməyə razılıq verdim".
"Yaddaşımı itirdiyimi, evi tapa bilmədiyimi dedim"
Fəridə Məmmədova qeyd edib ki, 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı evdən çıxaraq yolun kənarında İlhamla görüşüb: "Onunla birlikdə onların evinə getdik. Həmin vaxt evdə İlhamın anası olduğu və bizi görməməsi üçün İlham məni evin arxa tərəfində olan otağa apardı. Evdə olan zaman saat 23:30 radələrində İlham mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı istədi. Buna etiraz etmədim. İlham mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. İlhamla səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə olduq. Həmin günü saat 06 radələrində İlham işə gedəndə məni də aparacığını dedi. Məscidin yanında qalmağımı və işdən gələndə məni yenə evə gətirəcəyini bildirdi. İlhamın məni düşürtdüyü yerdə qaldım. Lakin, bir qədər sonra qardaşım məni orada taparaq evə gətirdi. Məndən harada olduğunu soruşulduq da, yaddaşımı itirdiyimi, evi tapa bilmədiyimi dedim. İlhamla olan münasibətlərim barədə ailə üzvlərimə heç nə demədim".
"İki dəfə cinsi əlaqədə oldum"
Fəridə Məmmədovanın sözlərinə görə, sonuncu dəfə 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdən çıxaraq İlhamla birlikdə onun yaşadığı evə gəlib: "İlham mənimlə ailə quracağını bildirdi, məni yaşadığı evə çağırdı. Həmin vaxt evdə İlhamın anası olduğu üçün, anası bizi görməsin deyə İlham evin arxa tərəfində olan otağa məni apardı. Saat 22 radələrində evdə olan zaman İlham mənimlə qeyri-təbii yol ilə cinsi əlaqədə olmaq istədi. Mən də etiraz etmədim. İlhamla səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə oldum".
"Münasibətimi gizlətdim"
Fəridə Məmmədova bildirib ki, həmin günü, gecə saat 03 radələrində İlhamla evdən çıxıb: "İlham evdəkilərin mənimlə bağlı narahat olmamaları üçün evimizə ə getməyimi məsləhət gördü. İlhamın evindən çıxaraq tək hərəkət etdim. Halım pis olduğundan su vermək üçün duz gölünün yaxınlığında yerləşən bir evin zəngini basdım. Lakin qapını açan olmadı. Tək hərəkətdə olan zaman Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölyününün əməkdaşları məni taparaq polis idarəsinə gətirdilər. Söhbət əsnasında 15 yaşım olduğunu bildirdim. İlkin izahatımda İlhamın tutulmaması üçün Murad adlı şəxslə cinsi əlaqədə olduğumu bildirdim, İlhamla olan münasibətimi gizlətdim. Əslində Murad adlı şəxsin təqsirləndirilən İlham Cəlilov olduğunu bildirdim".
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.
İlham Cəlilov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.