Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2025 12:35
Türkiyənin məşhur müğənnisi, "İmperator" ləqəbli İbrahim Tatlıses bu dəfə sənətindən çox möhtəşəm sərvəti ilə müzakirə mövzusuna çevrilib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, Tatlısesin ölkənin müxtəlif bölgələrinə səpələnmiş mülkləri, hotelləri, restoran zəncirləri və media yatırımları onun yalnız səhnədə deyil, biznes dünyasında da güclü mövqeyə sahib olduğunu göstərir.
Məlumata əsasən, sənətçiyə Seyrantəpədə kabab salonu, TV binası, "Tatlıses Şirkətlər Qrupu" ofisi və geyim markasına aid atelye, həmçinin Sarıyerdə villa, Bodrumda "Tatlıses Paradise" apart hotelləri, Kuşadasında 157 otaqlı "Tatlıses" hotel və Şanlıurfada torpaq sahələri məxsusdur.
Bundan başqa, beş kabab salonu, bir neçə televiziya kanalı və lüks avtomobil kolleksiyası** da İbrahim Tatlısesin sərvətinə daxildir.
"İmperator" həm sənətdə, həm də biznesdə adını qızıl hərflərlə yazdırmağa davam edir.
Musa