Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Krotone” baş məşqçisi ilə vidalaşıb

“Krotone” baş məşqçisi ilə vidalaşıb

Tarix: 2 Mart 2021 01:00

İtaliya klubu "Krotone" baş məşqçisi Covanni Stroppa ilə yollarını ayırıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bildirilib ki, ardıcıl uğursuz nəticələr səbəbindən çalışdırıcı istefaya göndərilib. Komanda hazırda A seriyasında 12 xalla sonuncu pillədə qərarlaşır.

Qeyd edək ki, Covanni Stroppanın 2018-ci ildən çalışdırdığı "Krotone" ötən il A seriyasına vəsiqə qazanıb.

Milli.Az


Etiketlər:  Krotone baş məşqçisi ilə vidalaşıb


RƏYLƏR