Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Raiola üçün "Milan"dan bunu tələb edir

Raiola üçün

Tarix: 2 Mart 2021 08:30

"Milan"ın qapıçısı Canluici Donnarummanın meneceri Mino Raiola oyunçunun klubla müqaviləni yeniləməsi üçün şərtlər irəli sürüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədı məşhur idman jurnalisti Nikolo Şkira məlumat yayıb.

A seriyası təmsilçisi 22 yaşlı qolkiper ilə sözləşmənin müddətini uzatmağın üzərində işləyir. Mino Raiola isə qapıçı üçün "Milan"dan illik 10 milyon avro maaş tələb edir. Həmçinin oyunçu klubla qısa müddətli bir müqavilə imzalamaq istəyir.

Daha əvvəl "Milan"ın texniki direktoru Paolo Maldini qapıçıya ildə 7,5 milyon avro maaş olmaqla, 5 illik müqavilə təklif etmişdi.

Qeyd edək ki, Donnarumma bu mövsüm 23 matça çıxıb. O, bu görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb.

Milli.Az


Etiketlər:  Raiola üçün Milandan bunu tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ