Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəngəzur dəhlizi regionda yeni əməkdaşlıq mühiti yaradacaq - VİDEO

Zəngəzur dəhlizi regionda yeni əməkdaşlıq mühiti yaradacaq - VİDEO

Tarix: 2 Mart 2021 11:24

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır. Prezident İlham Əliyev dünya media qurumları üçün keçirdiyi geniş mətbuat konfransında da bu məsələyə diqqət çəkərək, yeni koridorun bölgənin inkişafında önəmli rol oynayacağını vurğulayıb. Dövlət başçısının Azərbaycanın tarixi torpağı olan Zəngəzurdan keçdiyinə görə elə bu yerin adı ilə Zəngəzur koridoru adlandırdığı bu yol ilk olaraq böyük siyasi əhəmiyyətə malikdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Fazil Mustafa bildirir ki, uzun illər bir-birindən ayrı qalan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa kommunikasiyanın bərpa olunması ən böyük siyasi uğur hesab edilir.

Koridorun siyasi əhəmiyyəti ilə yanaşı iqtisadi potensialı da böyükdür. Çünki ölkənin şimal hissəsi ilə yanaşı cənub hissəsindən də yeni beynəlxalq avtomobil və dəmiryolu xətti çəkiləcək. Bu, ilk növbədə Azərbaycandan daşınan yüklərin həcminin bir neçə dəfə artması deməkdir.

Ekspert Rəşad Həsənov da bildirir ki, yeni koridor eyni zamanda daxili iqtisadiyyatın canlanmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, Naxçıvanla-Azərbaycanı birləşdirəcək Zəngəzur koridoru özündə dəmiryolu, eləcə də avtomobil yolunu birləşdirəcək. Dəmiryolu ilə bağlı artıq hazırda işlər davam edir. Horadiz-Ağbənd dəmiryolunun çəkilməsi üçün artıq işlərə başlanıb. Bu başa çatandan sonra isə 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanata əsasən dəmiryolunun Zəngəzur ərazisindən keçməklə Naxçıvana birləşən hissəsi inşa ediləcək. Gələcəkdə isə bu dəmiryolu, eləcə də ona paralel çəkiləcək avtomobil yolu Türkiyə nəqliyyat dəhlizi ilə birləşərək beynəlxalq nəqliyyat xətinin əsas hissəsinə çevriləcək. Bu koridor həm də Ermənistanın blokadadan çıxaraq yeni əməkdaşlıq mühitində çətin iqtisadi vəziyyətdən qurtulması üçün əsas şanslardan biri ola bilər. Bu isə Ermənistan rejiminin bölgədə sülhün təminatı üçün atacağı növbəti addımlardan asılı olacaq.

Milli.Az


Etiketlər:  Zəngəzur dəhlizi regionda yeni əməkdaşlıq mühiti yaradacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ