Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 16:06
Rəssam Nailə Qəndilova Belarusda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərini təqdim edib.
Azərbaycanın Belarusdakı səfirliyindən Sonxeber.net-a verilən məlumata görə, rəssam yeni yaradılmış "Fəlakətdən keçib qalib gəlmək" əsərini izah edərkən qeyd edir ki, bu yalnız güclü ruha və iradəyə malik olan xalqlara aiddir və Azərbaycan xalqı da öz timsalında bunu bütün dünyaya sübut etdi:
"Azərbaycan xalqı uzun illərdən sonra ilk dəfə işğal olunmuş əraziləri azad etdikdən sonra Xocalı soyqırımını qeyd edirdi. Ona görə də keçirdiyimiz müsibətləri günbəgün xatırlayır, bir tərəfdən xalqımızın və Xocalının acıları bizi kövrəldir, digər tərəfdən isə şəhidlərimizin qanının yerdə qalmamasından, torpaqlarımızın işğaldan azad olunmasından fərəh hissi keçirirdik. Vətən o zaman var ki, onun torpağını göz yaşları ilə suvaran və qorumağa hazır olan ərləri var. Torpaq uğrunda ölən varsa, Vətəndir".