Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 16:48
Martın 2-də həbs olunan İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu məhkəmənin qərarı ilə müvəqqəti olaraq azadlığa buraxılıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, ksioner yaxın günlərdə istintaq materialları ilə tanış olacaq və yenidən şübhəli qismində ifadə verəcək.
Qeyd edək ki, Bartomeu dünən səhər saatlarında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir. Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də həbs edilmişdi.