Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müxalifət Paşinyanın təklifini qəbul edəcək? - Vitse-spiker açıqladı

Müxalifət Paşinyanın təklifini qəbul edəcək? - Vitse-spiker açıqladı

Tarix: 2 Mart 2021 17:18

Ermənistan parlamentinin vitse-spikeri Alen Semyonyan Nikol Paşinyanın erkən seçkilər haqqında təklifinin müxalifət liderləri tərəfindən qəbul edilib-edilməməsi haqqında danışıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, vitse-spiker parlament müxalifətinin erkən seçkilər barədə mövqeyinə toxunub.

Onun sözlərinə görə, müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla Paşinyanın görüşü gözlənilir. Görüşdə erkən seçkilər məsələsi müzakirə olunacaq və Tsarukyanın partiyasının mövqeyi bəlli olacaq.

Digər parlament müxalifəti partiyası olan İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan isə artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifi ilə razılaşdığını elan edib.

Milli.Az


Etiketlər:  Müxalifət Paşinyanın təklifini qəbul edəcək Vitse spiker açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ