Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2021 12:14
"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera karyerasını başa vurub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi əvvəlcə son klubu "Marino" ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Marino"ya keçəndən zədələr səbəbindən meydana çıxmaqda çətinlik çəkən futbolçu bu səbəbdən karyerasını bitirmək qərarına gəlib.
Qeyd edək ki, ispaniyalı futbolçu "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Ağdam təmsilçisində 159 oyuna 30 qol vurub. Ötən ilin oktyabrında 4-cü liqa təmsilçisin keçən yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.