Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağı siyasi alver predmeti edən demaqoqların dillərini kəsməliyik" - Polkovnik

Tarix: 3 Mart 2021 18:06

"Milli birliyi və həmrəyliyi sarsıtmaq üçün düşüncələrdə orta məxrəci -  Qələbəni qaldırmaq lazımdır. Bunun üçün qələbəni sual altına almaq lazımdır. Bu zaman "Kəlbəcər yolu", "Xankəndində bayraq", "hərbçilərin maaşı" və "rus ayısı" şablonları işə salınır. Ancaq əvvəlcə bunlar loru misallarla aşılanır. İctimai şuurla belə manipulyasiya keçirilir". 

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Nazim Bayram deyib.

Polkovnik-leytenant bildirib ki, I Qarabağ müharibəsinin qızğın dövründə nə Ali baş komandan, nə müdafiə naziri cəbhə xəttinin haradan keçdiyini bilmirdilər:

"Bu təbliğat və manipulyasiyaları aparanlar qələbədən sonra hakimiyyət nəsiblərini itirmiş köhnə müxalifət və onun zombi trol dəstəsidir. Hansısa hipotetik müxalifət siyasətçisinin bu dramını anlayardım... Adam hakimiyyətə bir ömür növbədə dayanıb, sonda "mal qurtarıb". Ancaq məsələ ondadır ki, bizim köhnə müxalifət siyasətçilərinin heç birinin Qarabağın adını belə çəkməyə mənəvi və intellektual haqları yoxdur. Onlar hakimiyətdə olanda, Birinci müharibənin qızğın dövründə nə o vaxtki Ali baş komandan, nə müdafiə naziri cəbhə xəttinin haradan keçdiyini nə xəritədə, nə xəyalən biliblər. Bircə əməliyyatın gedişini bilməyiblər, maraqlanmayıblar, ancaq Bakıda bəyanatlar veriblər. Hansı sözümə kimin şübhəsi varsa, onların müharibəni ən yaxşı bilənləri ilə debatda sübut etməyə hazıram və həm mediada, həm internet-debatda bunu dəfələrlə etmişəm - bunların Qarabağdan xəbərləri olmayıb, səfərbərlik etməyiblər, ordu yaratmayıblar, ehtiyat hazırlamayıblar, əməliyat hazırlamayıblar, müharibə aparmayıblar, işləri-peşələri intriqa olub. İndi də bunların son 25 illik hallarını görürsünüz-permanent parçalanma. Hakimiyyətdə də eyni idilər, deyib, sonra fikirləşirdilər ya da pafoslu həyasızlıq edirdilər. Bunlardan torpaq azad edən, hərb edən olar? Bunlar Paşinyanla eyni siyasi növdəndilər - boşboğazlar, qorlopanlar, həvəskar-eksperimentatorlar, inqlabi divanələr, yaxud özlərini "divanəliyə" qoyanlar... 

Vətən müharibəsində Qələbəmiz həm də millətimiz üçün bir furqan oldu - ona nisbətən hər kəs, hər şey tanındı, əsl niyyətlər üzə çıxdı. Bu gün artıq hər bir şüurlu vətəndaşın, xüsusən o dövrü görənlərin, fəal borcudur ki, 1988-ci ildən bəri Qarabağı siyasi alver predmeti edən demaqoqların, xalqımızın möhtəşəm tarixi birliyinin simvolu olan Qələbəmizə uzanan şər-böhtan dillərini və çirkli əllərini qətiyyətlə, çəkinmədən "kəsək" və yerlərini xatırlatdıraq.

Hərbçilərin maaş məsələsi də yoluna qoyuldu. İndeksasiya gedənə kimi maaş sahibləri (hərbçilər) haqlı narahatlıqlarını mənə də bildirirdilər. Deyirdim, səbr edin, ədalətli qərar veriləcək, təkqat maaş aldığınız ayların da əvəzi veriləcək. Bu dövrdə sosial meadiada maaş məsələsini qaldıranların əksəriyyəti bunu siyasi spekulyasiya üçün edirdilər. Onların əksərinin vecinə deyil nə Qarabağ, nə hərbçilərimiz. Onlara ortada hay-küy mövzusu lazımdır. İndi dindirsən, deyəcəklər ki, biz səs-küy salmasaydıq, məsələ düzəlməzdi, biz "ictimai təpki" göstərdik, "ağladıq deyə, əppək verdilər".  Hə, siz hay-küy qoparmasanız heç səhər də açılmaz, elə bilin...".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Qarabağı siyasi alver predmeti edən demaqoqların dillərini kəsməliyik Polkovnik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ