Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda iki piyada keçidi tikilir - VİDEO

Bakıda iki piyada keçidi tikilir - VİDEO

Tarix: 4 Mart 2021 15:36

Paytaxtın Ziya Bünyadov prospektində ən uzun yerüstü piyada keçidlərindən biri  tikilir. Burada piyadaların rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, piyada keçidində artıq bir çox işlər görülüb.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, piyada keçidinin tikilməsinə səbəb yaxınlıqda bir sıra sosial və ticarət obyektlərinin tikilməsi, eləcə də yaşayış evlərinin olmasıdır.

Daha bir yerüstü piyada keçidi isə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində inşa edilir.

Keçidlərin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il ərzində paytaxt ərazisində 9 yerüstü və yeraltı piyada keçidləri tikilərək vətəndaşların istifadəsinə verilib.

Milli.Az


Etiketlər:  Bakıda iki piyada keçidi tikilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ