Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 16:50
Müğənni Şəbnəm Tovuzlu yol hərəkət qaydalarını tez-tez pozduğunu etiraf edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda "Həmin Zaur" proqramında danışılıb. Aparıcı Zaur Kamal "Sonuncu dəfə 3 bal yazılıb və 60 manat cərimə" sözlərinə Şəbnəm belə cavab verib:
"Bir neçə gün əvvəl efirə tələsirdim, tıxac idi. Bilmədən polisin önündən dönməyə çalışdım. Saxladılar, cərimə yazdılar. Heç vaxt tanınmağımdan istifadə etmirəm. Nə vaxt yol polisi saxlayır, qayda pozuramsa, deyirəm yazın. Məndən çox radarlara pul ödəyən yoxdur".