Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyat yoldaşım hər dəfə deyir ki, çərçivələrə uy, sakit danış'' - FOTO

''Həyat yoldaşım hər dəfə deyir ki, çərçivələrə uy, sakit danış'' - FOTO

Tarix: 4 Mart 2021 17:35

Aparıcı Kamilə Babayeva "Fatehin divanı" proqramında qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, verilişdə aparıcının həyat yoldaşı İbrahim Rzabəyovla arxiv fotosu nümayiş edilib. Kamilə bildirib ki, həyat yoldaşı ilə 15 yaşından tanışdır.

Aparıcı həyat yoldaşının hər dəfə efirə çıxmazdan əvvəl ona qoyduğu qadağalardan danışıb:

"Efirdən əvvəl deyir ki, çalış yavaş, sakit danış. Deyirəm ki, axı mənim xasiyyətim elə deyil. Bir ara sakit oldum. Amma maraqsız alındı, o, mən deyiləm. Hər zaman müsahibələrdən və verilişlərdən əvvəl izah edir ki, bir az rəndələn, çərçivələrə uy, özünü toparla və səpələnmə".


Etiketlər:  Həyat yoldaşım hər dəfə deyir çərçivələrə sakit danış FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ