Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 12:24
Mərkəzi Asiya dövlətləri, Əfqanıstan və Pakistan, eləcə də digər ölkələr Zəngəzur dəhlizindən yararlana bilərlər. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Naxçıvan Muxtar Respublikası ilə Türkiyəni birləşdirəcək sözügedən dəhliz regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imkanlardan isə bir sıra dövlətlər yararlana bilərlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, politoloq Zaur Məmmədov hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir.
Azərbaycan torpaqlarını işğaldan azad etməklə yeni beynəlxaq nəqliyyat dəhizlərinin açılmasına da şərait yaradıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Həmçinin nəqliyyat dəhlizlərinin regional inkişafına maliyə dəstəyi göstərir.
Zaur Məmmədov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanla yanaşı, region ölkələrinin iqtisadiyyatında geniş imkanlar yaradacaq. Bu da həmin ölkələrin daha da inkişaf etməsinə kömək olacaq.