Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 13:02
Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı - Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.
Kişilər
73 kq
Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib.
81 kq
Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtə (Braziliya) uduzub.