Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

EYOF-da üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib

EYOF-da üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib

Tarix: 24 Iyul 2019 19:36

Bakı. Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə qadınlar arasında 200 metr məsafəyə brass, kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, qadınların mübarizəsində Yevgeniya Çikunova (Rusiya) birinci, Castin Delmas (Fransa) ikinci, Molli Mayn (İrlandiya) üçüncü olub.

Kişi üzgüçülərin yarışında isə rumıniyalı David Popoviç qızıl, Britaniya atleti Ceykob Vitl gümüş, Danimarka təmsilçisi Rasmus Nikelsen bürünc medal qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  EYOF üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ