Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 15:32
AFFA-nın baş katibi Elxan Məmmədov Moskva “Spartak”ının futbolçusu Ayaz Qulyevin Azərbaycan millisində oynaması perspektivi ilə bağlı fikirlərini bildirib.
Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, rusiyalı jurnalistlərlə söhbətində o deyib ki, Ayazın atası azərbaycanlıdır:
“Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapısı Ayazın üzünə açıqdıq. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir. O ki qaldı Ayazın bir neçə gün əvvəl iştirakçısı olduğu insidentə, o, belə emosional hərəkətlərə yol verməməlidir".