Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 20:32
"Qarabağ"ın futbolçuları Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək "Dundalk"la oyunu buraxacaqlar.
Qol.az-ın məlumatına görə, buna səbəb Miçelin dizindən zədələnməsi, Ozobiçin isə əzələsini dartmasıdır. Xorvat yarımmüdafiəçi dünən, ispan yarımmüdafiəçi isə bu günlərdə zədələnib. Komandanın digər legioneri Dani Kintanın da zədəsi var. ÇL-in 1-ci təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.
Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da zədə zəbəbindən İrlandiya klubu ilə görüşdə oynamayacaq.
Xatırladaq ki, "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.