Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2021 19:12
Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskvada belaruslu həmkarı Viktor Xreninlə bir araya gələrək kritik müqavilə imzalayıblar.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Qərb ölkələrini özləri üçün təhlükə hesab edən Belarus və Rusiya razılaşma ilə 3 kritik bölgədə hərbi mərkəz qurmağa qərar verib.
Razılaşmaya əsasən, bu hərbi mərkəzlərdən biri Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində qurulacaq.
Digər 2 hərbi mərkəz Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Polşa sərhədindəki Kalininqrad bölgəsidir.