Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2021 19:20
"Arsenal" futbolçusu Matteo Genduzini satmaq qərarına gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta 21 yaşlı yarımmüdafiəçini komandada saxlamağı düşünmür. Buna görə də "topçular" yay transfer pəncərəsində oyunçunu satmaq istəyir. Klub futbolçuya görə 25 milyon sterlinq tələb edir.
Qeyd edək ki, Genduzi bu mövsümü icarə əsasında "Herta"da keçirib. O, 19 matça çıxaraq, 2 qol vurub və 1 qolun ötürməsini verib.