Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 22:40
Bakı. Trend:
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol yarışlarının üçüncü günündə qrup mərhələsinə yekun vurulub.
Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlan voleybolçuların yarışında sonuncu görüş B qrupunda yer alan İtaliya və Belçika seçmələri arasında olub. Oyunda 3:1 (25:21, 34:32, 22:25, 25:20) hesabı ilə qalib gələn İtaliya millisi qrupda yeddi xalla liderliyə yüksəlib.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə günün sonuncu qarşılaşması B qrupunda Türkiyə və Almaniya milliləri arasında oynanılıb. Matçda Türkiyə təmsilçiləri 3:1 (25:21, 25:18, 18:25, 22:25, 15:7) hesablı qələbə qazanıblar. Bununla da türkiyəli voleybolçular beş xalla ikinci yeri tutaraq növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıblar.
Yarımfinal mərhələsinin oyunları iyulun 26-da keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin