Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 12:58
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması təklif olunur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.
Sənəddə Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacarmayan məhbuslara onu davam etdirmək imkanının təmin edildiyini, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait yaradıldığını nəzərə alaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı Azərbaycan Respublikası Cəzaların İcrası məcəlləsinə əlavənin edilməsi təklif olunur.