Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 02:36
Bakı. Trend:
Bakıda idman gimnastikası üzrə yarışlar mükəmməl təşkil edilib. Bunu Trend-ə Rusiya yığmasının məşqçisi Olqa Petroviçeva deyib.
O.Petroviçeva bildirib: "Gimnastika Arenasının zalı - mükəmməldir, kömək lazım olduğu halda müraciət etməyə həmişə adam var".
Öz tələbələrinin çıxışları haqqında danışan məşqçi qeyd edib ki, gimnastlar çox yaxşı çıxış ediblər: "Viktoriya Listuova çox yaxşı çıxış etdi, o, komandaya çox kömək etdi. Yana Vorona dayaqlı tullanmada gözəl çıxış etdi".
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib.
İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin