Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 18:06
Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu yay keçiriləcək Avropa çempionatının sonunda istefa verəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytında məlumat yayıb.
61 yaşlı mütəxəssisin müqaviləsi DÇ-2022-nin əvvəlinə kimi hesablanmışdı. Bildirilib ki, baş məşqçi özü müqavilənin müddətini qısaltmağı xahiş edib və ittifaq onunla razılaşıb.
Qeyd edək ki, Löv 2006-cı ildən bəri Almaniya millisii çalışdırır. Milli komanda onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub. Yığma Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı olub. Löv 2017-ci ildə komanda ilə Konfederasiyalar Kubokunu qazanıb.