Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samsung və MasterCard-dan yeni kart - Şifrə əvəzinə barmaq izi

Samsung və MasterCard-dan yeni kart - Şifrə əvəzinə barmaq izi

Tarix: 9 Mart 2021 21:56

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung və Mastercard barmaq izi sensorlu kart hazırlamaq üçün əməkdaşlığa başlayıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, əməkdaşlığın əsas səbəbi barmaq izi sensorlu "Samsung Card"dır. Bu kartın bütün Mastercard POS terminalları üçün keçərli olacağı və yalnız barmaq izlərinin skan edilməsi ilə işləyəcəyi bildirilir.

Mütəxəssislərin fikrincə, bu, təhlükəsizlik baxımından çox önəmlidir. Kartda şifrə əvəzinə barmaq izi sensoru tətbiq ediləcək.

Qeyd edək ki, artıq Mastercard-ın barmaq izi sensorlu başqa bir kartı var. Samsung-un imzasını daşıyan kartın təfərrüatları isə hələlik bəlli deyil.


Etiketlər:  Samsung MasterCard yeni kart Şifrə əvəzinə barmaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ