Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeyri-sabit hava şəraiti meyvə bağlarına ziyan vurub - VİDEO

Qeyri-sabit hava şəraiti meyvə bağlarına ziyan vurub - VİDEO

Tarix: 10 Mart 2021 16:08

Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Qar və yağışın güclü küləklə müşayiət edilməsi cənub bölgəsində təsərrüfatlara ziyan vurub. Sitrus bağlarında ağaclar qırılıb. Əksər meyvə ağacları yararsız vəziyyətə düşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ölkə ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti Astara rayonundakı meyvə bağlarına ziyan vurub.  

Davamlı olaraq yağıntıların düşməsi portağal, naringi, feyxoa və limon ağaclarına zərər verib.

Fermerlər əllərindən gələni etsələr də, güclü küləklə müşayiət olunan qar və yağış çoxillik sitrus ağaclarını sındıraraq yararsız hala salıb.

Sakinlər dayaqlar vasitəsilə budaqları qaldırıb iplə bağlayıblar ki, ağaclar qırılmasın. Tam qırılan ağac gövdələrini və budaqlarını isə özləri məcbur olub kəsirlər.

Milli.Az


Etiketlər:  Qeyri sabit hava şəraiti meyvə bağlarına ziyan vurub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ