Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 16:26
Yanvar ayında təyyarədə yaranan nasazlığa görə təcili eniş edən pilot Antonio Sena meşədə itkin düşüb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, braziliyalı pilotdan 36 gün xəbər almaq mümkün olmayıb. O, təyyarə tamamilə yandığı üçün heç kimlə əlaqə saxlaya bilməyib. Beləliklə, Amazon meşəsində tək başına qalan Antonio meşədə tapdığı bitkiləri yeyərək, sağ qalıb.
Braziliya xilasedicilərinin axtarış və xilasetmə işləri nəticəsiz qalıb. Bundan sonra onlar pilotun yanaraq öldüyünü təxmin edərək, axtarışı ləğv ediblər. Lakin pilot uzun yol qət edərək, qəsəbəyə çatıb. Bundan sonra o, aidiyyəti qurumlarla əlaqə saxlayıb.