Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 19:08
Liviya Nümayəndələr Məclisi yeni hökumətə etimad göstərib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Nümayəndələr Məclisinin 133 üzvündən 132 nəfəri Baş nazir Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi və 26 nazirin yer aldığı hökumət kabinetinə etimad göstərib, 1 nəfər isə bitərəf qalıb.
Nümayəndələr Məclisinin sədri Akile Salih bildirib ki, məclisin hökumətə etimadı BMT-nin yol xəritəsində göstərilən seçkilərə qədər qüvvədədir.
Əbdülhəmid Dibeybe isə qeyd edib ki, bir daha müharibə olmayacaq və dövlət parçalanmayacaq.
Qeyd edək ki, BMT-nin yol xəritəsinə görə, Liviyada seçkilər 24 dekabr 2021-ci ilə qədər keçirilməlidir.