Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uelsdə fəhlələr təsadüfən 900 il yaşı olan məxfi tunel aşkarlayıb

Uelsdə fəhlələr təsadüfən 900 il yaşı olan məxfi tunel aşkarlayıb

Tarix: 10 Mart 2021 21:40

Uelsdə elektrik montajı işləri zamanı təxminən 900 illik yaşı olan orta əsrlərə aid məxfi tuneli aşkarlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tunel Monmutşir qraflığında 1131-ci ilə aid qədim abbatlığın xarabaları yaxınlığında yerləşir. Tikili yeraltı kabel üçün xəndək qazan fəhlələr tərəfindən tapılıb.

Kərpicdən hörülən və hündürlüyü təxminən 1,2 metr olan tunel yaxınlıqda axan çaya paralel piyada yolunun altından keçir. Aşkarlanan keçid heç bir topoqrafik xəritədə qeyd edilməyib, yerli əhali və hakimiyyət orqanları da ondan xəbərsiz olub.

Tapıntının dəqiq arxeoloji tədqiqatı üçün illərlə vaxt lazım gələcəyi bildirilir.


Etiketlər:  Uelsdə fəhlələr təsadüfən yaşı olan məxfi tunel aşkarlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ