Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 13:40
Rayon Xəstəxanasında 50 yaşdan yuxarı vətəndaşlar peyvənd olunur
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Respublikanın regionlarında vaksinasiya prosesi aktiv şəkildə davam etdirilir.
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında da tibb işçiləri və 65 yaşdan yuxarı sakinlərdən sonra 50 yaşdan yuxarı vətəndaşlar peyvəndləməyə cəlb edilib.
Həkimlər indiyə qədər vaksin vurulan sakinlər arasında hansısa mənfi fəsadların meydana çıxmadığını bildirir:
Peyvənd olunan rayon sakinləri vaksinasiyanın vacibliyini anladıqlarını və peyvəndin heç bir əks təsirinin olmadığını bildirdilər:
Qeyd edək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiyada Çinin Sinovac şirkətinin CORONAVAC peyvəndindən istifadə olunur. Yanvarın 18-dən paytaxtda, 21-dən başlayaraq isə regionlarda mərhələli şəkildə əhalinin müxtəlif təbəqələri vaksinasiyaya cəlb olunur.