Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 18:40
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 11-12-də Gürcüstanda rəsmi səfərdə olacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, macarıstanlı nazir səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani, eləcə də iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya nazirliyi arasında anlaşma memorandumu imzalanacaq.