Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanda Konstitusiya referendumu keçiriləcək

Qırğızıstanda Konstitusiya referendumu keçiriləcək

Tarix: 13 Mart 2021 11:00

Qırğızıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum 11 aprel tarixində keçiriləcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, Prezident Sadır Japarov parlament sistemindən prezident sisteminə keçid barədə fərman imzalayıb. 

Seçicilər həm yerli idarəçilərə, həm də ölkənin hökumət sisteminə səs verəcəklər. Yeni tənzimləməyə görə, parlamentdəki deputat sayı 120-dən 90-a endiriləcək. Növbəti seçkilərdə onlar həm majoritar, həm də proporsional sistemlə seçiləcəklər. Parlamentlə bərabər, ölkədə qanunverici təşəbbüsə sahib Xalq Qurultayı yaradılacaq.

59 siyasi partiyanın qatılacağı yerli seçkilər 26 şəhər, 420 rayon və kənddə keçiriləcək.

Qeyd edək ki, 1991-2010-cu illərdə prezident sistemi ilə idarə olunan Qırğızıstan 11 il əvvəl Konstitusiya referendumu ilə parlament sisteminə keçib.


Etiketlər:  Qırğızıstanda Konstitusiya referendumu keçiriləcək


RƏYLƏR