Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 22:34
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhər hakimiyyəti ötən il saxlanılan zaman polis tərəfindən qətlə yetirilən qaradərili Corc Floydun ailəsinə 27 milyon dollar həcmində təzminat ödəyəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, beləliklə, Minneapolis şəhərinin hakimiyyət orqanları Floyd ailəsinin şəhər rəhbərliyinə və qətldə ittiham olunan polis zabitlərinə qarşı qaldırdığı iddianın məhkəməyə qədər nizamlanmasına razılıq verib. Ailə üzvlərinin sözlərinə görə, zabitlər Corc Floydu saxlayan zaman onun hüquqlarını pozub və şəhər rəhbərliyi polislər arasında "həddən artıq güc tətbiqi, irqçilik və cəzasızlıq mədəniyyətinin" çiçəklənməsinə imkan verib.
Xatırladaq ki, ötən il mayın 25-də qaradərili Corc Floydun ölümü ilə nəticələnən polis zorakılığı və insidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra əvvəlcə Minnesota, sonra isə ABŞ-ın digər şəhərlərini etiraz dalğası bürümüşdü. Kütləvi aksiyalar bir çox hallarda iğtişaşlar və vandalizm aktları ilə müşayiət olunmuşdu.