Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Tarix: 13 Mart 2021 23:52

Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. 

Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub.

İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.


Etiketlər:  Məhkəmə Abdullayevlə bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ