Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“12 yaşımda anamın kim olduğunu öyrəndim” - Xalq artisti

“12 yaşımda anamın kim olduğunu öyrəndim” - Xalq artisti

Tarix: 14 Mart 2021 18:51

Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla" proqramında yer alan "33 sual" rubrikasının qonağı olan aktrisa anası ilə bağlı etiraflar edib. O, aparıcı Ruslan Ağayevin "Necə olub ki, doğma ananızı 12 yaşında tanımısınız" sualına belə cavab verib:

"Atam anamdan ayrılmışdı. O, vaxtlar atamı çox sevirdi. Ona dəli kimi aşiq idi. Anam atamı 25 il gözlədi. Lakin xəstəliyə düçar olduğuna görə bizi atama verib. Atam da bacımı yanında saxladı. Məni də bibimə verdilər. Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, o mənim anamdır.  O qədər gözəl idi ki, gözəlliyinə vurulmuşdum. İldə bir iki dəfə yanıma gəlirdi. Gələndə mənə yemək bişirirdi, paltarlar alırdı. Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, görəsən niyə bu qadına qarşı içimdə qəribə duyğu var? Elə bil anam olduğunu hiss edirdim. Ona qarşı içimdə həm sevgi, həm də nifrət var idi. Sual verirdi ki, məni çox istəyirsən? Deyirdim ki, yox. Sonra 12 yaşım olanda onun anam olduğunu dedilər.  Həyat elə gətirdi ki, anamın yanına getdim. Amma bibimi çox sevirəm. Çünki məni o, böyüdüb. Onu anam bilirdim. Hələ də bibimi unutmamışam".

N. Allahverdiyeva daha sonra anasını bağışladığını bildirib:

"Amma içimdən bir hiss mənə sual verirdi ki, anam məni niyə atıb? O hiss məndən heç vaxt getmirdi. Bəzi insanlar var ki, övladlarını atırlar. Uşaqları necə? Nə cür? Hansı şəraitdə böyüyür bilmirlər. Sonra qocalanda gəlib deyirlər ki, sən mənim övladımsan. Analar var ki, görürəm uşaqlarını necə əzizləyirlər. Mən həmişə deyirəm ki, ana, ata məhəbbətinin həsrətini çəkmişəm. İnsanın xoşbəxtliyi onun uşaqlıq dövründən başlayır. Uşaq ikən ata, ana sevgisi görürsə, o, artıq xoşbətdir".


Etiketlər:  yaşımda anamın olduğunu öyrəndim Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ