Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' tribunalara 1000 ədəd fidan yerləşdirdi - FOTO

''Fənərbağça'' tribunalara 1000 ədəd fidan yerləşdirdi - FOTO

Tarix: 14 Mart 2021 18:56

"Fənərbağça" tibb işçilərinə təşəkkür etmək məqsədi ilə  ev oyunlarını keçirdiyi "Ülkər" stadionunun tribunalarına 1000 ədəd fidan yerləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubub mətbuat xidməti məlumat yayılıb. Superliqasının 29-cu turunda "Gənclərbirliyi" ilə matçdan əvvəl trubunalara 1000 ədəd fidan qoyulub. Həmin anların fotoları klubun sosial şəbəkə hesablarında paylaşılıb və qeyd edilib:

"Bu fidanları 14 mart Tibb Günü münasibəti ilə həyatları boyu və koronavirus pandemiyası müddətində bizim üçün gecəsini gündüzünə qatan tibb işçilərinə həsr edirik. Bir nəfəsin qiymətini ən yaxşı başa düşdüyümüz vaxtda səhiyyə işçilərinə təşəkkürlərimizi 21-26 mart Meşə Həftəsində əkəcəyimiz 5000 fidan ilə göstərmək istəyirik".

Qeyd edək ki, "Fənərbağça" - "Gənclərbirliyi" matçı bu gün 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Fənərbağça tribunalara 1000 ədəd fidan yerləşdirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ