Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levandovski Bundesliqada ikinci sıraya yüksəldi

Levandovski Bundesliqada ikinci sıraya yüksəldi

Tarix: 14 Mart 2021 20:00

"Bavariya" Almaniya Bundesliqasının 25-ci turunda səfərdə "Verder"i məğlub edib - 3:1.

Milli.Az matc.az-a istinadən bildirir ki, sözügedən qarşılaşmada komandasının sonuncu qolunu vuran Robert Levandovski yeni uğura imza atıb.

Polşalı hücumçu Bundesliqadakı qollarının sayını 268-ə çatdıraraq, turnir tarixinin bombardirləri siyahısında ikinci pilləyə şərik olub.
 
Bundesliqa tarixinin bombardiri 365 qolla Herd Müllerdir. İkinci sırada isə Klaus Fişer və Robert Levandovski qərarlaşıb. Onların hər ikisinin hesabında 268 qol var. Lakin polşalı hücumçu növbəti oyunlarda Fişeri geridə qoya biləcək.

Milli.Az


Etiketlər:  Levandovski Bundesliqada ikinci sıraya yüksəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ