Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 14:16
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya “Dundalk”ı ilə cavab matçının biletləri bu gündən satışa çıxarılıb.
Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulbar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Xatırladaq ki, “Qarabağ” – “Dundalk” matçı iyulun 31-i, saat 21.00-da başlanacaq.