Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ledi Qaqa, Beyonse və Kanye Uest "Grammy" aldılar

Ledi Qaqa, Beyonse və Kanye Uest

Tarix: 15 Mart 2021 08:14

Müğənnilər Ledi Qaqa və Beyonse, həmçinin reper Kanye Uest "Grammy" musiqi mükafatına layiq görülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə mükafatı təqdim edən ABŞ-ın Milli Sənət və Səsyazma Texnologiyaları Akademiyasının saytında məlumat yer alıb.

Beyonse qızı Blyu Ayvi Karterlə birgə "Brown Skin Girl" kompozisiyası ilə "Ən yaxşı musiqili video" mükafatını qazanıb. Ledi Qaqa və Ariana Qrande "Rain on Me" mahnısı ilə "Ən yaxşı duet/Pop musiqisinin qrup ifası" kateqoriyası üzrə qalib olub. Kanye Uest "Jesus is King" diski ilə "Ən yaxşı müasir Xristian albomu" mükafatını əldə edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 63-cü "Grammy" mərasimi hibrid formatda keçirilir: əsas tədbirlər Los-Ancelesdəki "Staples Center" kompleksindəki bir neçə səhnədə təşkil olunur, ancaq yayım eyni anda Los-Ancelesdəki "Troubadour" və "Hotel Caf" klublarından, Nyu-Yorkdakı "Apollo" teatrından və Neşvilldəki "Station Inn" musiqi meydançasından həyata keçirilir.

Milli.Az


Etiketlər:  Ledi Qaqa Beyonse Kanye Uest Grammy aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ